İsmayıllı şəhərində qəza nəticəsində 13 nəfər xəsarət alıb. Bu haqda dekabrın 30-da APA məlumat yayıb.
Bakıdan Şəki istiqamətinə hərəkət edən "Ford Tranzit" markalı mikroavtobus "Niva" markalı minik avtomobili ilə toqquşub və yoldan çıxaraq aşıb.
Yaralılar İsmayıllı rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.
Faktla bağlı araşdırma aparılır.