Noyabrın 26-da Soçidə Azərbaycan Prezidenti İlham Əliyev, Rusiya Prezidenti Vladimir Putin və Ermənistan Baş naziri Nikol Paşinyanın görüşü baş tutub.
Görüşdə əldə edilmiş razılaşmaların icrası, regionda sabitliyin möhkəmləndirilməsi, ticarət-iqtisadi və nəqliyyat əlaqələrinin bərpası istiqamətində atılan addımlar müzakirə olunub.
Rusiya, Azərbaycan və Ermənistan liderləri üçtərəfli danışıqların yekunlarına dair bəyanatlarla çıxış ediblər:
Vladimir Putin: Azərbaycan və Ermənistan arasında sərhədin demarkasiyası və delimitasiyası üçün mexanizmlər yaradılacaq. Humanitar məsələlərlə bağlı mühüm irəliləyiş əldə olunub. İqtisadi əlaqələrin inkişafı ilk növbədə nəqliyyat dəhlizlərinin açılması ilə bağlıdır.
İlham Əliyev: Hərbi əməliyyatlar başa çatdıqdan sonra Azərbaycan 100-dən çox erməni hərbçisini qarşı tərəfə təhvil verib. Azərbaycan Ermənistanla normal qarşılıqlı fəaliyyət mərhələsinə başlamağa hazırdır.
Nikol Paşinyan: Ermənistan bölgədə bütün nəqliyyat və iqtisadi kommunikasiyaların açılmasında Azərbaycanla eyni fikirə sahibdir. Görüş zamanı humanitar məsələlər, delimitasiya və demarkasiya mövzusu müzakirə olunub.
Görüşün yekunu olaraq Azərbaycan Prezidenti, Rusiya Prezidenti və Ermənistan Baş naziri Bəyanat imzalayıblar.
[gallery columns="1" size="large" ids="14183"]