Azərbaycan Dövlət Neft Şirkətinin əməkdaşı Xəzər dənizində itkin düşüb. Bu haqda dekabrın 3-də SOCAR-ın ictimaiyyətlə əlaqələr idarəsinin rəis müavini məlumat verib.
İtkin düşən şəxs sonuncu dəfə dekabrın 1-i gecə növbəsində işləyərkən saat 5:45 radələrində iş yerində görünüb.
Axtarış işləri üçün sahəyə gəmilər və dalğıclar çağırılıb.
“Dəniz üzərindən uçan helikopterlərə də dənizin səthini daim nəzarətdə saxlamaq göstərişi verilib. Dünən hava şəraiti və dənizdə küləyin güclənməsi ilə əlaqədar axtarış işləri məcburən dayandırılsa da, hazırda dənizdə axtarış işlərinin davam etdirilməsinə cəhd olunur. Həmkarlarımız itkin düşənin ailəsinin yanındadır, onlara mənəvi dəstək göstərməyə çalışırlar”, - deyə rəis müavini bildirib.