Cari ilin yanvar ayında SOCAR 74 milyon dollarlıq qeyri-neft məhsulları ixrac edib. Bu barədə 29 mart tarixində şirkətin rəsmi Twitter səhifəsində məlumat verilib.
Məlumata əsasən, ötən ilin eyni dövrü ilə müqayisədə qeyri-neft məhsullarının ixracı 153% artıb. Qeyd edilib ki, həmin ayda ölkə üzrə qeyri-neft ixracının 32%-i SOCAR-ın payına düşüb.
Cari ilin yanvar ayında SOCAR tərəfindən 74 milyon ABŞ dolları dəyərində qeyri-neft məhsulları ixrac edilib. Bu 2021-ilin müfaviq dövrü ilə müqayisədə 153% çoxdur. #iqtisadiartım #qeyrineftixracı pic.twitter.com/o1b0twFY9u
— SOCAR (@SOCARofficial) March 29, 2022