Azərbaycanda son 17 ildə 1 165 nəfər insan alveri qurbanı olub. Bu haqda aprelin 29-da Azərbaycanın İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatoru hesabat paylaşıb.
Bu müddət ərzində 1 916 cinayət qeydə alınıb, 607 nəfər isə məsuliyyətə cəlb olunub.
Məlumata görə, insan alveri əməllərinin törədilmə metodları daim dəyişdiyindən onların aşkarlanmasının çətinlikləri də ortaya çıxır.