Azərbaycanda noyabrın 3-də COVID-19 əleyhinə 45 561 vaksin vurulub.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 6 263, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 10 418 nəfərdir. Buster doza vaksinlərin sayı isə 28 880 olub.
Ölkədə vurulan vaksinlərin ümumi sayı 9 753 825 təşkil edir. Ölkə üzrə buster dozada vurulan vaksinlərin sayı isə 383 036 olub.