Azərbaycanda son sutkada COVID-19 əleyhinə 39 810 nəfər vaksinasiya olunub. Bu barədə Operativ Qərargah oktyabrın 12-də xəbər verib.
Birinci mərhələ üzrə 14 015, ikinci mərhələ üzrə isə 25 795 nəfər peyvənd vurdurub.
Ölkədə koronavirus infeksiyasına qarşı vurulan peyvəndlərin ümumi sayı 9 037 099 təşkil edir. Tam vaksinasiyadan 4 133 680 nəfər keçib.