“İsrail biznesi Azərbaycan üçün maraqlıdır. Şirkətlərimizdən biri Zəngilanda fəaliyyət göstərir. Əməkdaşlığımızın bəhrə verəcəyini gözləyirik”. Bunu dekabrın 21-də “Report”a açıqlamasında İsrailin Azərbaycandakı səfiri Corc Dik deyib.
Onun sözlərinə əsasən, İsrail bərpa olunan ərazilərdə birgə işləməyi səbirsizliklə gözləyir.
Qeyd edək ki, bu ilin yanvar-oktyabr aylarında Azərbaycanla İsrail arasında ticarət dövriyyəsinin dəyəri ötən ilin eyni dövrü ilə müqayisədə 48,9% artaraq 645,9 milyon ABŞ dollar təşkil edib. Son 1 ildə Azərbaycanın bu ölkəyə ixracının dəyəri 50,4% artaraq 618,1 milyon ABŞ dolları, idxalının dəyəri isə 22% artraraq 27,8 milyon ABŞ dolları təşkil edib.