İsrailin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Corc Dik noyabrın 2-də Gəncə şəhərinə səfər edib.
Diplomat Gəncədə Ermənistanın 44 günlük Vətən müharibəsi zamanı raket atdığı əraziyə baş çəkib.
“Buraya bir il sonra yenidən gəlmişəm və dağıdılan yerdə ümid və gələcəyə baxış gördüm. Gördüm ki, insanlar qorxmadan həyatlarına davam edir”, - deyə səfir jurnalistlərin suallarına cavablandıraraq bildirib.
O, həmçinin İsrailin azad olunan ərazilərin bərpasına kömək etmək istədiyini vurğulayıb: “İsrail hər zaman Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib və əməkdaşlığı bundan sonra da davam etmək istəyir”.