İsrailin Azərbaycandakı səfirliyi Ağdam, Bərdə, Tərtər rayonlarındakı uşaqlara Yeni İl hədiyyələri verib. Bu haqda məlumat dekabrın 28-də qurumun Twitter hesabında paylaşılıb.
“Yeni İli qeyd etmək üçün “Lu-Mun” şirkəti ilə Santa Klaus vasitəsilə uşaqlara kitablar, isti geyimlər, məktəb ləvazimatı, oyuncaqlar göndərdik. Bu uşaqlar müharibə zamanı çətin dövr yaşayıblar. Biz onlara layiq olduqları dinc həyata nail olmaqda kömək olmaq istərdik”, - deyə tvitdə qeyd edilib.
These children went through difficult times throughout the war last year. We at the Embassy, with our partners Lu-Mun, want to help them have the life they deserve - a life of peace, dignity and joy!
Happy #NewYear2022! pic.twitter.com/zmZvGH9Oi3
— Israel in Azerbaijan (@IsraelinAZ) December 28, 2021