13-14 noyabr tarixlərində İstanbulda keçiriləcək qaydasız mübarizə üzrə beynəlxalq turnirdə Azərbaycan və Ermənistan güləşçiləri arasında qarşıdurma baş tutacaq.
Azerisport.com xəbər verir ki, Azərbaycanı cüdo və güləş üzrə keçmiş ölkə çempionu, universal döyüşdə ikiqat dünya və Avropa çempionu Gözəl Zutova təmsil edəcək. Onun rəqibi Nare Margarosyan olacaq.