top
İstixana sahəsinin inkişafı üçün dövlət dəstəyinə ehtiyac var
20 noyabr 2021, 07:01
- ↺ +

İstixana sahəsinin inkişafı üçün dövlət dəstəyinə ehtiyac var

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Azərbaycanda 3174 istixana mövcuddur. Hər bir istixananın orta ərazisi 0,47 hektar təşkil edir. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə 9% çoxdur. Mövzu ilə bağlı CBC TV reportaj hazırlayıb. Reportajda deyilir ki, istixanaların ərazisinin böyüməsi xərclərin azaldılmasına gətirib çıxardır. İstixanalarda əsasən pomidorlar yetişdirilir. Cari ilin 9 ayında istixanalarda 280 min tondan çox pomidor istehsal olunub. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə 20% çoxdur.

İstehsal olunan məhsullar əsasən Rusiyaya ixrac olunur. Azərbaycan pomidorları yüksək keyfiyyəti və nisbətən yüksək qiyməti ilə fərqlənir. Lakin son zamanlar Rusiyada həm daxili istehsal, həm də Orta Asiya ölkələrindən idxal çoxalıb. Bu da Azərbaycan məhsullarının Rusiya bazarlarında satışının rentabelliyini sual altında qoyur.

Azərbaycan Meyvə - Tərəvəz İstehsalçıları və İxracatçıları Assosiasiyasının sədr müavini Jalə Əmirbəyovanın sözlərinə görə, yuxarıda qeyd olunan problemlər yaranarsa, istixanalarda başqa məhsulların istehsalını təşkil etmək olar: “Bəzi istixanalarda ənənəvi məhsulların istehsalını gül kələmi, brokkoli, “Aysberq” salatı kimi məhsulların istehsalı ilə əvəz etmək olar”. Sədr müavinin dediyinə görə, əlavə ixrac bazarları da araşdırılmalıdır. Lakin bunun üçün istixanalar əlavə sertifikasiyadan keçməlidir. Müvafiq sertifikasiyanı xarici mütəxəssislər keçirir. Onların dəvəti böyük maliyyə tələb edir: “Bu məsələdə dövlətin dəstəyinə ehtiyacımız var”, - deyə Jalə Əmirbəyova bildirib.

Dövlət Statistika Komitəsinin məlumatına əsasən, 1 oktyabr tarixinə Azərbaycanda istixanaların ərazisi 1,5 min hektardan çoxdur.

Son xəbərlər

Yerli xəbərlər
Bu gün, 10:58

Körpüdən aşan avtomobilin sürücüsünün vəziyyəti AÇIQLANDI

Yerli xəbərlər
Bu gün, 09:37

General Natiq Əliyevin qızı saxlanıldı

Xarici xəbərlər
Bu gün, 09:16

Yoldaşına xəyanət edən "Nvidia"nın baş direktoru vəzifəsindən uzaqlaşdırıla bilər

Yerli xəbərlər
Bu gün, 08:58

Mehriban Əliyeva sosial şəbəkə hesabında Konstitusiya Günü münasibətilə paylaşım edib

Yerli xəbərlər
Bu gün, 00:01

12 Noyabr – Konstitusiya Günü

Yerli xəbərlər
Dünən, 18:02

Prezident İlham Əliyevin Türkiyəyə səfəri başa çatıb

Yerli xəbərlər
Dünən, 17:27

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak ediblər - YENİLƏNİB

Yerli xəbərlər
Dünən, 15:40

Xocavənddə traktor minaya düşüb, xəsarət alan var

Xarici xəbərlər
Dünən, 14:19

Zelenski Kopenhagendə Şimali Avropa ölkələrinin liderləri ilə görüşüb

Yerli xəbərlər
Dünən, 13:02

Deputat ev təsərrüfatlarının statistik uçotunun məqsədini açıqlayıb

Yerli xəbərlər
Dünən, 12:39

Sabahın hava proqnozu AÇIQLANIB

Xarici xəbərlər
Dünən, 12:36

Ad gününü Atatürkə görə dəyişən böyük ürək: "Şaban"ın bilmədiyimiz üzü

Yerli xəbərlər
Dünən, 12:28

Prezident İlham Əliyev COP31-in Liderlər Sammitində iştirak etmək üçün Antalyadakı Ekspo Mərkəzinə gedib

Yerli xəbərlər
Dünən, 12:25

Azərbaycanda minimum maaşa ildə azı bir dəfə baxılacaq

Yerli xəbərlər
Dünən, 12:19

Onkoloji xəstələr və əlilliyi olan şəxslər üçün maliyyə təminatının artırılması təklif olunur

Yerli xəbərlər
Dünən, 11:45

Komitə sədri: "Uşaqlara müavinətin məbləği 100 manata çatdırılacaq"

Yerli xəbərlər
Dünən, 11:33

Zaur Əliyev: "Saatlıq əməkhaqqı sistemi mərhələli şəkildə genişləndiriləcək"

Yerli xəbərlər
Dünən, 11:26

Prezident İlham Əliyev Bolqarıstan Prezidentinə başsağlığı verib

Yerli xəbərlər
Dünən, 11:07

Bakıda avtomobil körpüdən aşıb, sürücü xəsarət alıb

Yerli xəbərlər
Dünən, 10:31

Sükan arxasında TikTok-da canlı yayım açan sürücülərə xəbərdarlıq edilib

Yerli xəbərlər
10 noyabr 2026, 14:34

Miyazakinin sehrli dünyası Bakıda canlanacaq: məşhur animelərin musiqiləri şam işığında səslənəcək

Yerli xəbərlər
10 noyabr 2026, 11:56

İlham Əliyev Ərdoğana başsağlığı verib

Xarici xəbərlər
10 noyabr 2026, 11:36

Paşinyan KTMT-nin Moskva sammiti ilə eyni gündə Türkiyəyə səfər edəcək

Yerli xəbərlər
10 noyabr 2026, 11:16

Dənizkənarı Milli Park ərazisində ehtiyatsızlıqdan suya yıxılan şəxs xilas edilib

Oxşar xəbərlər