Sumqayıt Kimya Sənaye Parkının rezidenti “Azərsulfat” MMC-nin sulfat turşusu istehsalı müəssisəsinin tikintisi yekunlaşmaq üzrədir. Bu barədə 9 mart tarixində İqtisadiyyat Nazirliyinin rəsmi səhifəsində məlumat verilib.
Artıq müəssisədə avadanlıqların quraşdırılması işlərinə başlanılıb. İnvestisiya dəyəri 6 milyon dollar olan layihəyə artıq 5 milyon dollar sərmayə qoyulub və işlərin 85%-i tamamlanıb.