Sumqayıt şəhərində martın 31-də gözəllik salonu və mağazada yanğın baş verib. Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Sahəsi 15 kvadratmetr olan gözəllik salonunun yanar konstruksiyaları və içərisindəki əşyalar yanıb. Həmçinin yaxınlıqda yerləşən birmərtəbəli geyim mağazasının lambirindən ibarət üzlüyü və içərisindəki mallar yanıb.
Yaxınlıqdakı beşmərtəbəli yataqxananın divarından keçən plastik su və kanalizasiya boruları isə yüksək temperaturdan əriyib.
Alov söndürülüb.