Sumqayıt Kimya Sənaye Parkının rezidenti “Tabaterra” QSC ilk məhsul ixracını həyata keçirib. Bu haqda fevralın 1-də İqtisadiyyat Nazirliyinin rəsmi səhifəsində məlumat verilib.
Müəssisədə istehsal olunan “PallMall” brendli siqaretlər Gürcüstana ixrac edilib.
“Tabaterra” QSC Sumqayıt Kimya Sənaye Parkının rezidenti kimi 2017-ci ildə qeydiyyata alınıb. Burada üç növdə, 80 fərqli çeşiddə tütün məmulatları istehsal edilir. Müəssisənin illik istehsal gücü 14 milyard ədəd siqaret təşkil edir.