Sumqayıt şəhərində narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olan 3 şəxs tutulub. Bu barədə 13 yanvar tarixində APA məlumat yayıb.
Belə ki, əməliyyat zamanı əvvəllər dəfələrlə məhkum olunmuş şəxslərdən 2 kiloqram marixuana, 6 qram metamfetamin və 3 qram heroin aşkar edilərək götürülüb.
Faktla bağlı araşdırma aparılır.
Bu ilin 11 ayı ərzində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı 8095 cinayət faktı aşkarlanıb. Ümumilikdə 6,58 ton narkotik dövriyyədən çıxarılıb.