Sumqayıtda narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan biri qadın olmaqla 12 şəxs saxlanılıb. Bu barədə DİN oktyabrın 19-da məlumat verib.
Şübhəli bilinən qadının üzərində və yaşadığı evdə 91 qrama yaxın heroin, 12 qram metamfetamin aşkarlanıb.
Faktlarla bağlı araşdırmalar davam edir.
Daha öncə, oktyabrın 18-də narkotik vasitə və psixotrop maddələrin qaçaqmalçılıq yolu ilə Azərbaycana gətirərək satışı ilə məşğul olan 23 nəfər saxlanılmışdır.