Sumqayıtda bıçaqlanma hadisəsi baş verib. Bu barədə APA martın 16-da məlumat yayıb.
Hadisə 3-cü mikrorayonda yerləşən 13 nömrəli məktəbin yaxınlığında baş verib. 1983-cü il təvəllüdlü Elməddin Əsədov münaqişə zəminində tanışı, 1977-ci il təvəllüldü Seymur Həsənovu bıçaqlayıb. Yaralı xəstəxanaya yerləşdirilib.
Faktla bağlı cinayət işi başlanılıb.