Sumqayıtda polis əməkdaşlarının keçirdiyi əməliyyat tədbiri nəticəsində qanunsuz narkotik dövriyyəsi ilə məşğul olan, əvvəllər məhkum olunmuş 2 şəxs saxlanılıb. Bu haqda yanvarın 31-də DİN məlumat verib.
Şəxsi axtarış zamanı onlardan 750 qram heroin, 360 qram marixuana və 99 qramdan artıq metamfetamin aşkar edilərək götürülüb.
Faktla bağlı araşdırma aparılır.