Sumqayıtda sanitar-karantin qaydalarını pozan 50-yə yaxın taksi sürücüsü cərimələnib. Bu barədə oktyabrın 22-də Daxili İşlər Nazirliyindən məlumat verilib.
Belə ki, peyvənd olunmadan taksi fəaliyyəti ilə məşğul olan sürücülər və avtobusda tibbi maskadan istifadə etməyən şəxslər barəsində inzibati tədbirlər görülüb.