Sumqayıtda avtomobillərin qanunsuz parklanması ilə keçirilən reyd zamanı 78 sürücü cərimələnib. Bu barədə fevralın 1-də Daxili İşlər Nazirliyindən məlumat verilib.
Həmçinin şəhərin ictimai nəqliyyatında tibbi maskadan istifadə etməyən şəxslər də müəyyən ediliblər. Karantin qaydalarını pozan 62 nəfər barəsində inzibati protokol tərtib edilib.
Növbəti tədbir zamanı peyvənd olunmayan, özü və sərnişini tibbi maskadan istifadə etməyən taksi fəaliyyəti ilə məşğul olan sürücülər saxlanılıblar.
Qeyd olunub ki, Sumqayıt şəhərində mülki geyimli polis əməkdaşları da xidmətə cəlb ediliblər.