Sumqayıtda xəstəxanada yanğın baş verib. Nəticədə 15 nəfər tüstüdən zəhərlənib. Bu barədə 8 yanvar tarixində Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.
Belə ki, ümumi sahəsi 4280 m² olan mansarda tipli dördmərtəbəli xəstəxananın birinci mərtəbəsində otağın və dəhlizin yanar konstruksiyaları yanıb. Qurumun əməkdaşları tərəfindən 32 xəstə xilas edilib, 49 nəfər (xəstə və personal) təhlükəsiz əraziyə təxliyə olunub.
Məlumata əsasən, alovun geniş əraziyə yayılmasının qarşısı alınıb və yanğın söndürülüb.
FHN-nin hesabatına əsasən, Azərbaycanda cari ilin 9 ayı ərzində 1 805 yanğın hadisəsi baş verib.