Sumqayıtda ümumi sahəsi 160 kvadratmetr olan mansard tipli birmərtəbəli evin 60 kvadratmetri əşyaları ilə birlikdə yanıb. Bu haqda martın 24-də Trend məlumat verib.
Evin qalan hissəsi yanğından mühafizə olunub.
2021-ci ildə Azərbaycanda 14 503 yanğın olub. Yanğınlar zamanı 38 nəfər ölüb, 129 nəfər xəsarət alıb. Yanğınsöndürən və xilasedicilər tərəfindən 40 nəfər xilas edilib, 806 nəfər təxliyə olunub.
Vətəndaşlar yanğın təhlükəsi zamanı 112-yə zəng edə bilərlər.