Sumqayıt Kimya Sənaye Parkında “Azeka BM” MMC tərəfindən üyüdülmüş kalsit istehsal edəcək zavod inşa olunacaq. Bu barədə 6 oktyabr tarixində İqtisadiyyat Nazirliyinin rəsmi səhifəsində rel="nofollow">məlumat yayılıb.
Müəssisədə Çin və Türkiyənin texnologiyalarının tətbiqi ilə istehsal olunan xammal boya sənayesində və bir çox məhsulların istehsalı zamanı istifadə edilir. Layihəyə 7 milyon manat investisiya yatırılacaq.
Zavodun illik istehsal gücü 36 min ton təşkil edəcək. Müəssisədə 40 yeni iş yeri yaradılacaq. İstehsal olunacaq məhsullar daxili bazarın tələbatını ödəyəcək və “Made in Azerbaijan” brendi ilə xaricə ixrac ediləcək.