Sumqayıtda 47 yaşlı kişi bədbəxt hadisə nəticəsində həlak olub. Bu barədə martın 15-də APA xəbər verib.
Məlumata görə, fəaliyyətsiz olan Kompressorlar zavodunun söküntüsü zamanı fəhlənin üzərinə beton parçası düşüb. Yaralanmış fəhlə nəticədə dünyasını dəyişib.
Faktla bağlı araşdırma davam edir.