Sumqayıt Kimya Sənaye Parkının rezidenti “Alco” MMC Avropa ölkələrinə (Almaniya, İtaliya, İngiltərə, Rumıniya və Bolqarıstana) sürtgü yağları və radiator mayesinin ixracına başlayıb. Bu barədə 22 aprel tarixində İqtisadiyyat Nazirliyi məlumat verib.
Məlumata əsasən, şirkət tərəfindən bu ölkələrə ilkin mərhələdə 2 min tondan çox məhsul göndərilib və növbəti mərhələdə bunun 10 min tona çatdırılması nəzərdə tutulub.
Qeyd olunub ki, “Alco” MMC 2016-cı ildə Sumqayıt Kimya Sənaye Parkının rezidenti kimi qeydiyyata alınıb. İnvestisiya dəyəri 15 milyon dollar olan şirkətdə 100-dək işçi çalışır. İstehsal olunan məhsullar əsasən, Türkiyə, Gürcüstan, Ukrayna, İraq, Livan, Polşa, Moldova, Türkmənistan və başqa ölkələrə ixrac edilir.