Sumqayıt Ukraynanın Çerkassı şəhərinə humanitar yardım göndərib. Bu barədə aprelin 27-də həmin ölkənin Azərbaycandakı səfiri Vladislav Kanevski Facebook-da paylaşım edib.
Onun sözlərinə görə, yaxın vaxtlarda Ukraynaya saxlama müddəti uzun olan məhsulların, uşaq qidaları, dərmanların və geyimlərin göndərilməsi nəzərdə tutulur.
“Sumqayıt və Çerkassını çoxillik və səmimi tərəfdaşlıq birləşdirir.
Səmimi münasibətinə görə Sumqayıt şəhər İcra Hakimiyyəti rəhbərliyinə, müəssisələrə və şəhər sakinlərinə minnətdarlığımızı bildiririk”, - diplomat qeyd edib.