Sumqayıt Kimya Sənaye Parkında “Az-Tex-Import” MMC-yə rezidentlik statusu verilib. Bu barədə 29 aprel tarixində İqtisadiyyat Nazirliyinin rəsmi səhifəsində məlumat verilib.
Məlumata əsasən, şirkət Parkın 3 hektar ərazisində İtaliyanın IVECO markalı yüngül, orta və ağır tonajlı yük və xüsusi təyinatlı avtomobillərini istehsal edəcək.
İnvestisiya dəyəri 19,2 milyon manat olan layihə çərçivəsində 90 nəfər daimi işlə təmin ediləcək.
Müəssisənin məhsulları daxili bazarda satılmaqla yanaşı, xarici ölkələrə də ixrac ediləcək.