Sumqayıt şəhərində mənzildə partlayış nəticəsində 66 yaşlı şəxs ölüb, araşdırma aparılır.
Bu barədə 16 avqust tarixində Baş Prokurorluq məlumat verib.
Bildirilib ki, avqustun 16-da saat 11 radələrində 1958-ci il təvəllüdlü Truxin Sergey Valentinoviçin Sumqayıt şəhərində yaşadığı mənzildə əl qumbarasının partlaması nəticəsində almış olduğu xəsarətlərdən dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.
***
11:23
Sumayıt şəhərində mənzildə partlayış olub. Bu barədə 16 avqust tarixində Report məlumat verib.
Hadisə nəticəsində bir nəfər ölüb.
Hadisənin baş verdiyi əraziyə müvafiq qurumların əməkdaşları cəlb edilib.
Faktla bağlı araşdırma aparılır.