Oktyabrın 13-ü saat 14:00 radələrində Suqovuşandan Kəlbəcərə hərəkət edən qeyri-hərbi yük daşıyan avtomobil karvanı Qozlukörpü yaşayış məntəqəsi yaxınlığında ermənilər tərəfindən atəşə tutulub. Bu barədə Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib.
Ölən və yaralanan yoxdur. Atəş nəticəsində öndə hərəkət edən Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Hərbi Polisinin Hərbi avtomobilinin ön, arxa hissəsi, təkəri və hərəkət mexanizmləri zədələnib.
Qeyd edək ki, atəşə məruz qalan avtomobil karvanı Rusiya sülhməramlılarının müşayiəti ilə hərəkət edirdi.
Bu insidentin araşdırılması üçün Azərbaycan Rusiya sülhməramlı qüvvələrinin komandanlığına və Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzinə müraciət edilib.
[gallery columns="2" size="full" ids="9921,9919"]