Sumqayıtda aprelin 21-də sürücü sərnişin qismində əyləşmiş 2 nəfər tərəfindən soyğunçuluğa məruz qalıb. Bu haqda APA məlumat yayıb.
Belə ki, şəhər sakininin avtomobilinə oturmuş şəxlər onu hədələyərək 15 manat pulunu və poverbankını alıblar. Onlar, həmçinin 150 manat pul tələb ediblər.
Keçirilən əməliyyat zamanı bu əməli törətməkdə şübhəli bilinən Sumqayıt sakini müəyyən edilərək saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.