Mayın 5-dən 8-dək Şuşada Birinci Beynəlxalq Kulinariya Festivalı keçiriləcək. Bu haqda aprelin 30-da Heydər Əliyev Fondu məlumat yayıb.
Beynəlxalq Kulinariya Festivalında Almaniya, Avstriya, Çin, Fransa, Gürcüstan, İndoneziya, İran, İsrail, İtaliya, Malayziya, Türkiyə və Yaponiyadan kulinarlar qonaqları ölkələrinin təamları ilə tanış edəcəklər.
Festival günlərində 11 milli və 11 xarici pavilyon qurulacaq.
Tədbirdə qida sahəsi üzrə 40 beynəlxalq ekspert, qida üzrə blogerlər də təmsil olunacaqlar.
5 may - Xalçaçı Gününə təsadüf etdiyindən “Azərxalça” ASC-nin yaradıcı heyəti xalçaçılıq ənənələrinə dair müxtəlif interaktiv təqdimatlar edəcək.
Festivalda Bakı Kitab Mərkəzi tərəfindən Heydər Əliyev Fondunun kulinariyaya dair nəşrləri də təqdim olunacaq.