Şuşa və Ağdam istiqamətində may ayına olan biletlər satışa çıxarılıb. Bu haqda aprelin 26-da Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən məlumat verilib.
Sərnişinlər biletləri www.yolumuzqarabaga.az saytı vasitəsilə ala bilərlər.
Qeyd edək ki, may ayından etibarən sərnişinlərin Bakı – Şuşa – Bakı istiqamətində həftədə 3 dəfə deyil, 4 dəfə səfər etmək imkanı olacaq.