Şuşada 7 yaşayış massivi, məscid və digər obyektlər tikilir. Bu haqda aprelin 23-də Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin İdarə Heyətinin sədrinə istinadən Report məlumat verib.
Sədr Dünya Azərbaycanlılarının V Qurultayının bağlanış mərasimində çıxışı zamanı bildirib ki, Şuşada yeni hotellərin də tikintisi planlaşdırılır: “Gələcəkdə Şuşada istənilən böyükmiqyaslı beynəlxalq tədbirlərin keçirilməsi mümkün olacaq".
Qeyd edək ki, Şuşanın Daşaltı kəndində turizm kompleksləri də tikiləcək.