Şuşada beynəlxalq konfrans keçiriləcək. Bu haqda aprelin 28-də Prezidentin köməkçisi Hikmət Hacıyev özünün Twitter hesabında yazıb.
“Ağdamın adını daşıyan təyyarə ilə “Shusha Majlis Discussion” formatında “Cənubi Qafqazın inkişafı və əməkdaşlıq” mövzusunda beynəlxalq konfransı keçirmək məqsədilə Şuşaya səfər etmək üçün bu yaxınlarda tikilmiş Füzuli hava limanına uçuruq. Şuşa həm də regionun diplomatik paytaxtı olur”, - Hikmət Hacıyev twitter hesabında qeyd edib.
https://twitter.com/HikmetHajiyev/status/1519532969517633536?s=20&t=5GVk7_ygGGu7ikv9dvZJjw