Mal və quş əti, balıq, yumurta, bal və süd məhsullarının baytarlıq normalarına cavab verən ekspertiza aktının verilməsinə görə dövlət rüsumları tətbiq ediləcək. Bu, Milli Məclisin noyabrın 1-də keçirilən iclasında müzakirəyə çıxarılacaq qanun dəyişikliklərində öz əksini tapıb.
Həmin dövlət rüsumları aşağıdakı kimi olacaq:
- Qaramal və ya digər iri heyvanların əti (1 cəmdək) – 5 manat;
- Qoyun və donuz əti (1 cəmdək), donuz piyi (1 partiya) – 4 manat;
- Diri quş və quş əti (1 baş və ya 1 cəmdək) – 0,02 manat;
- Hazır ət məhsulları (hər biri 1 partiya) - 5 manat;
- İçalat, dil, baş, dırnaq (1 partiya) – 3 manat;
- Balıq (diri, dondurulmuş və ya hisə verilmiş) — 1 partiya – 3,5 manat;
- Yumurta (topdan satış - 1000 ədəddən artıq) – 2,5 manat;
- Yumurta (pərakəndə satış - 1000 ədədə qədər) – 1,3 manat;
- Süd və süd məhsulları, mum, vərəmum (hər biri 1 partiya) – 2,6 manat;
- Arı balı (1 partiya) - 4,5 manat.
Eyni zamanda
dərman vasitələrinin dövlət qeydiyyatına görə rüsumlar artırılır.
Dəyişikliyə əsasən, dərman vasitələrinin və maddələrinin qeydiyyatı 100 manatdan 150 manata qaldırılacaq. Gigiyenik sertifikatın verilməsi üçün isə rüsum 15 manatdan 25 manata artırılacaq.