Azərbaycanda Təbiət və Ov Turizmi Assosiasiyası fəaliyyətə başlayıb. Bu haqda yanvarın 11-də APA məlumat yayıb.
Məqsəd “məsuliyyətli ovçu” anlayışının təbliğini aparmaq və ovçuluq təsərrüfatlarında vəhşi heyvanların, quşların sərbəst və yarımsərbəst yolla artırılmasını həyata keçirməkdir.
Assosiasiya ovçuluq təsərrüfatlarının inkişafı, uşaqlar üçün əyləncəli infrastrukturun yaradılması, maarifləndirici və məlumatlandırıcı obyektlərin açılması kimi funksiyaları öz üzərinə götürəcək.