Dövlət Məşğulluq Agentliyi “DOST” iş mərkəzi ilə birgə “Təbiəti qoruyaq” adlı məşğulluq layihəsinə başlayıb. Bu barədə 15 sentyabr tarixində Dövlət Məşğulluq Agentiliyin rəsmi səhifəsində məlumat yayılıb.
Layihə işsiz şəxslərin məşğulluğuna dəstək məqsədi daşıyır. Layihə çərçivəsində təmizlik və abadlıq işlərinin həyata keçirilməsi nəzərdə tutulur.
İlk olaraq Bakı, Sumqayıt, Şəki, Lənkəran şəhərləri, Beyləqan, Quba, Şamaxı, Tərtər və Bərdə rayonlarında yerləşən Şəhidlər Xiyabanlarında təmizlik və abadlıq işləri aparılıb.
Növbəti mərhələlərdə:
Əlavə olaraq Tərtər, Bərdə, Siyəzən, Xaçmaz, Şəmkir, Tovuz, Yevlax, Zərdab, Ağdaş, Saatlı, Sabirabad, Ağcabədi, Lənkəran, Masallı rayonlarında ağacəkmə kampaniyası (2 ay müddətində) təşkil ediləcək.