"Əgər həqiqətən ciddi sıxlıq varsa, sıxlığın aradan qaldırılması üçün şənbə günləri də tədrisin həyata keçirilməsi mümkündür. Düzdür, şənbə günü ilə bağlı müəyyən problemlər yarana bilər, amma müəssisə rəhbərləri sorğu keçirərək buna əsasən işlərini qura bilərlər", - deyə sentyabrın 22-də Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri məlumat verib.