Bakı Şəhəri üzrə Təhsil İdarəsi koronavirus infeksiyasının yayılmasının qarşısının alınması ilə əlaqədar vətəndaş qəbulunu 2022-ci il yanvarın 1-dək dayandırıb. Bu haqda noyabrın 3-də BŞTİ məlumat verib.
Qeyd olunan dövr ərzində müraciətlər 146-0 Çağrı Mərkəzi vasitəsilə cavablandırılacaq.
Həmçinin vətəndaşlar idarənin rəsmi elektron poçt ünvanına ([email protected]) və Təhsil Nazirliyinin saytına müraciət edə bilərlər.