Dekabrın 24-ü saat 16:00-da təhsil naziri Emin Əmrullayev Abşeron, Qobustan rayonları və Sumqayıt şəhərinin sakinlərini videobağlantı vasitəsilə qəbul edəcək. Bu haqda dekabrın 15-də Nazirlik məlumat verib.
Həmin şəhər və rayonların sakinləri dekabrın 21-i saat 18:00-dək nazirliyin Çağrı Mərkəzinin 146-1 nömrəli telefonuna zəng və ya elektron müraciət etməklə videoqəbula yazıla bilərlər.
Yalnız qeydiyyatdan keçən vətəndaşlar şəxsiyyəti təsdiq edən sənədlə videoqəbulun keçirildiyi otağa daxil ola biləcəklər.
Videoqəbulda bir müraciətlə bağlı eyni vaxtda birdən artıq şəxsin iştirakına icazə verilməyəcək.