Sakinlərin Zəngilanın Ağalı kəndinə köçürülməsindən sonra bir neçə həftə ərzində tədrisin hibrid və ya distant formada olması nəzərdə tutulub. Bu haqda təhsil naziri Emin Əmrullayev dekabrın 9-da məlumat verib.
Onun sözlərinə əsasən, kəndə 2, 3 və ya 5 uşaq köçsə belə, onlar onlayn tədrisə cəlb olunacaqlar. Məktəbin binası və bütün infrastruktur qurulduqdan sonra isə müəllimlər cəlb ediləcək və tədrisin təşkili prosesi tam yekunlaşacaq.
Hazırda bu istiqamətdə işlər davam edir.