Təhsil Nazirliyi oktyabrın 19-da məktəblərin bağlanması iddialarına aydınlıq gətirib. Qurum rəsmisi “Facebook” hesabında yazıb: “Sosial mediada Təhsil Nazirliyinin adından yayılan və məktəblərin bağlanmasını tirajlayan "xəbər" dezinformasiya xarakterlidir”.
Sosial şəbəkələrdə noyabrın 1-dən koronavirus pandemiyası ilə əlaqədar yaxın günlərdə məktəblərin tamamilə distant təhsilə keçəcəyi ilə bağlı məlumatlar yayılıb.
Qeyd edək ki, bu gün Azərbaycan Dövlət Pedaqoji Universitetinin və Bakı Mühəndislik Universitetinin bir neçə qrupu distant təhsilə keçib. Həmin qrupların tələbələri arasında COVID-19-a yoluxma faktları qeydə alınıb.