Təhsil Nazirliyi Çağrı Mərkəzlərinin əlaqə nömrələrində dəyişiklik edib. Bu haqda məlumat yanvarın 10-da qurumun saytında yerləşdirilib.
Yeniliyə əsasən, vətəndaşlar bundan sonra nazirliyin Çağrı Mərkəzlərinin aşağıdakı nömrələri ilə əlaqə yarada bilərlər:
- 146-1 - Bakı şəhərində yerləşən ümumi təhsil müəssisələri ilə bağlı;
- 146-2 - Fövqəladə hallar barədə məlumat vermək üçün;
- 146-3 - Müəllimlərin işə qəbulu, iş yerinin dəyişdirilməsi, daimləşməsi və sertifikasiya ilə bağlı;
- 146-4 - Məktəblərdə avadanlıq, bağlantı və şəbəkə üzrə texniki dəstək üçün;
- 146-5 - Psixoloji yardım almaq istəyənlər üçün;
- 146-6 - Təhsil Nazirliyinin Çağrı Mərkəzi ilə əlaqə yaratmaq üçün.