ANAMA-dan verilən məlumata görə, yanvarın 5-dən 31-dək Tərtər, Ağdam, Füzuli, Şuşa, Qubadlı, Cəbrayıl və Zəngilanda piyada əleyhinə 32, tank əleyhinə 27 mina və 230 partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib.
Nəticədə 402,7 hektar ərazi mina və partlamamış hərbi sursatlardan təmizlənib.