Ötən gün Bakıda avtomobil yolunu keçən 5 piyada vurulub. Hadisələr barədə Report dekabrın 31-də məlumat paylaşıb.
Məlumata əsasən, Abşeron rayonunda yolu keçən 25 yaşlı şəxsi avtomobil vurub. Müayinə zamanı ona baş-beyinin ağır dərəcəli əzikləri və bədənin müxtəlif nahiyələrində əziklər diaqnozları qoyulub. Hazırda yaralı komadadır.
Həmçinin Bakının Suraxanı rayonunda yolu keçərkən vurulmuş 34 yaşlı şəxs, Binəqədi rayonunda isə 26 yaşlı şəxs xəstəxanaya yerləşdirilib.
Bununla yanaşı, paytaxtın Nərimanov rayonunda 19 yaşlı oğlan, digər ünvanda isə 21 yaşlı gənc avtomobillə vurulub. Xəsarət alan gənclər xəstəxanaya çatdırılıblar.
Faktlarla bağlı araşdırmalar davam edir.
Azərbaycanda ötən gün 2 yol-nəqliyyat hadisəsi baş verib. Nəticədə 2 nəfər dünyasını dəyişib.