Ötən həftə ərzində Tərtər, Ağdam, Füzuli, Şuşa, Qubadlı, Cəbrayıl və Zəngilanda 173 piyada əleyhinə, 143 tank əleyhinə mina və 93 partlamamış hərbi sursat (PHS) aşkarlanıb. Bu barədə noyabrın 8-də ANAMA məlumat yayıb.
Agentlikdən bildirilib ki, 121 hektar ərazi mina və PHS-lərdən təmizlənib.