Ötən il ərazilərimizə qanunsuz səfər edən 30 vətəndaşın adı “Azərbaycanın sərhədini qanunsuz keçmiş xarici ölkə vətəndaşlarının siyahısı”na daxil edilib. APA-nın məlumatına görə, bu, Nazirlər Kabinetinin 2021-ci il üçün hesabatında əksini tapıb.
Həmin siyahıda 286 xarici ölkə vətəndaşı barədə məlumat var. Onların ölkəmizə girişinə qadağa qoyulub.
Eyni zamanda, iki şəxsin adı sözügedən siyahıdan çıxarılıb. Qeyd edilib ki, ərazilərimizin işğaldan azad edilməsi səbəbindən hesabat dövrü ərzində qanunsuz səfərlərin sayı əvvəlki illərlə müqayisədə azalıb.