Ötən il Azərbaycandan əcnəbi vətəndaşlara övladlığa uşaq verilməyib. Bu, fevralın 1-də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinindən bildirilib.
Həmin müddət ərzində əcnəbilər tərəfindən övladlığa uşaq götürmə ilə bağlı müraciət olmayıb.
Ötən il yalnız ailəli şəxlərə övladlığa uşaq verilib. Yəni heç bir subay vətəndaş övladlığa uşaq götürməklə bağlı müraciət etməyib. Uşaq götürən ailələrlə keçirilən monitorinq zamanı heç bir neqativ hal qeydə alınmayıb.