Düz bir il əvvəl, oktyabrın 27-də Bərdədə Ermənistanın törətdiyi terror nəticəsində biri uşaq olmaqla 4 dinc sakin həlak olub, 14 nəfər isə xəsarət alıb.
Belə ki, cəbhə zonasından kənarda yerləşən Bərdənin Qarayusifli kəndi "Smerç" raketləri ilə atəşə tutub. Atəş nəticəsində bir neçə yaşayış evi tamamilə dağılıb.
Bərdə Vətən Müharibəsi dövründə 5, 8, 27, 28 oktyabr və 7 noyabr tarixlərində raket və ağır artilleriya hücumlarına məruz qalıb. Ümumilikdə 29 nəfər şəhid olub, 112 nəfər isə yaralanıb.